Hadith for the World
Tap the image to view it full size
Əqidə

Abdullah ibn Amrdan (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

Available in 60 languages
«Abdullah ibn Amrdan (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, İslamı kamil olan müsəlman - o kəsdir ki, digər müsəlmanlar onun dilindən əmin-amanlıqdadırlar, belə isə o onları söyməz, lənətləməz, onların qeybətini etməz, dili ilə onlara heç bir zərər yetirməyə çalışmaz. Onlar onun əlindən əmin-amanlıqdadırlar, onlara hücum etməz, onların mallarını haqsız yerə almaz və buna bənzər heç bir şey etməz. Mühacir isə Uca Allahın haram etdiklərini tərk edən kəsdir.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality