Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir:

Available in 59 languages
«Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: Əgər sizdən biriniz öz namazında şəkk edərsə və neçə rükət- üç yoxsa dörd rükət qıldığını bilməzsə, şübhəni kənara atsın və əmin olduğu şeyə əsaslansın, sonra, salam verməzdən əvvəl iki səcdə etsin, əgər beş rükət namaz qılıbsa, namazı (səhv səcdəsi ilə) cütə tamamlanar və əgər dörd rükət qılaraq tamamlamışdısa, bu iki səcdə şeytanı zəlil edər”.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, əgər namaz qılan şəxs namazında tərəddüd edərsə və neçə rükət namaz qıldığını bilməzsə, üç yoxsa dörd qılıb deyə çəkk edərsə, şübhəli olan artıq rükəti uzaq tutsun və ona əsaslanmasın; üç rükət yəqin olandır və ona görə dördüncü (şübhəli olan) rükəti qılsın, sonra salam verməzdən əvvəl iki səcdə etsin. Əgər qıldığı namaz həqiqətdə dörd rükət idisə; bir rükət əlavə edilməklə beş rükət oldu və iki səhv səcdəsi bir rükəti əvəzlədi və (beləliklə ümumi) say cüt oldu, tək olmadı. Əgər bu əlavə bir rükətlə dörd rükət qılmışsa, o zaman heç bir əlavə və nöqsan olmadan üzərinə vacib olanı artıq yerinə yetirmişdir. İki səhv səcdəsi şeytanı zəlil etmək, ona qalib gəlmək və onu istəyindən uzaqlaşdıraraq qovmaqdır. Çünki o, namaz qılanı namazında çaşdırmış, onu pozmağa çalışmışdır. Adəm övladının namazı, Allahın səcdə etmək əmrinə tabe olmaqla kamilləşmişdir. Hansı ki, İblis Adəmə səcdə etməyərək Allaha itaət etməkdən imtina etdiyi zaman artıq Allaha asi olmuşdur.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality