Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

Rəvayət edilir ki, Əbu Hureyra - Allah ondan razı olsun - belə demişdir: “Mən Peyğəmbərin - salləllahu aleyhi va səlləm - belə dedi­yi­ni eşitdim:

Available in 71 languages
«Rəvayət edilir ki, Əbu Hureyra - Allah ondan razı olsun - belə demişdir: “Mən Peyğəmbərin - salləllahu aleyhi va səlləm - belə dedi­yi­ni eşitdim: "Kim Allah üçün həcc edərsə, (həcc əsna­sın­da qadını ilə) yaxınlıq etməsə və söyüş söyüb pis sözlər danışmasa, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər - salləllahu aleyhi va səlləm - bu hədisdə, kim Allah üçün həcc edərsə, həcc ibadətlərini yerinə yetirərkən xanımı ilə cinsi əlaqədə olmaq və buna təhrik edən öpmək, qucaqlamaq və s. bu kimi əməllərdən uzaq olarsa, həccindən yeni doğulan uşaq kimi günahsız olaraq döndüyünü bəyan etmişdir. Hədisdə ərəb dilində keçən: "rafəs" sözü, cinsi əlaqə mənasını bildirməklə yanaşı, söyüş söyüb pis sözlər danışmaq mənasını da bildirir. Yəni: Həcc edərkən fasiqlik (asiliklər və pis əməllər) etməz. Eh­ram­da olarkən qadağan olan əməlləri etmək fasiqliyin növlərindən biridir. Kim həcc ibadətlərini yerinə yetirərkən özünü günahlardan qoruyarsa, həccindən bir uşağın günahsız şəkildə anadan olduğu kimi bağışlanmış olaraq geri dönər.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality