Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

Muğiradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:

Available in 61 languages
«Muğiradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərlərdən birində idim, (o dəstəmaz alarkən) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) (ayağını yuması üçün onun ayağındakı) xuflarını çıxartmaq üçün əllərimi uzatdım, bu zaman belə dedi: "Onları çıxarma, çünki mən təharətli (dəstəmazlı) olarkən onları geymişəm". Sonra onlara məsh çəkdi.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərlərdən birində idi və dəstəmaz aldı. Ayaqların yumasına çatdıqda, Muğirə bin Şubə (Allah ondan razı olsun) əllərini uzadaraq, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ayağını yumaq üçün onun ayağındakı xufları çıxartmaq istədi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə buyurdu: Onları çıxarma, çünki, mən təharətli (dəstəmazlı) olarkən onları geymişəm. Beləliklə, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqlarını yumaq əvəzinə xuflarına məsh çəkdi.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality