Fiqh və onun üsulu
İbn Məsudun (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:
Available in 60 languages
«İbn Məsudun (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə Qurandan surə öyrətdiyi kimi, əlim onun əlləri arasında olduğu halda mənə namazda deyilən təşəhhüdü öyrətdi": "Əttəhiyyətu lilləhi vas-salavatu vat-tayyibətu. Əssələmu aleykə əyyuhən Nəbiyyu və rahmətullahi və bərakətuh. Əssələmu aleynə və alə ibədilləhissalihin, əşhədu əllə iləhə illaAllah və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu".
Buxari və Muslimin rəvayət etdiyi başqa ləfzdə:
"Həqiqətən Allah Salamdır, sizlərdən biriniz namazda oturanda desin:
"Ət-təhiyyətu lilləhi vas-salavatu, vat-tayyibətu. Əssələmu aleykə eyyuhən-nəbiyyu və rahmətullahi va barakatuhu. Əssələmu aleynə va alə ibədilləhis-salihin". Bunu dedikdə, yer üzərində və səmada olan hər saleh qul (bundan) faydalanır. "Əşhədu əllə iləhə illaAllah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu". Sonra istədiyi duanı edə bilər.»Meaning translation ·
Saved at original quality








