Hadith for the World
Tap the image to view it full size
Fəzilətli əməllər və ədəb-ərkanlar

Səvbəndən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:

Available in 59 languages
«Səvbəndən (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: “Kişinin xərclədiyi ən üstün dinar ailəsi üçün xərclədiyi dinar, Allah yolunda miniyinə xərclədiyi dinar və Allah yolunda vuruşan yoldaşlarına sərf etdiyi dinardır.” Əbu Qiləbə (hədisin ravilərindən biri) dedi: İlk olaraq ailəyə xərcləməklə başladı və daha sonra buyurdu: Kiçik övladları üçün xərcləyən, Allahın onları iffətli saxlamasına və onlara fayda verməsinə və yardım etməsinə səbəb olan insandan daha böyük mükafat sahibi kim ola bilər?»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) malı xərcləmənin formalarını bəyan etdi və bir neçə yerə xərcləməli olduqda, sənə vacib olana uyğun olaraq onları ardıcıllıqla sıraladı və ən vacibindən, sonra ən vacibindən başladı. Və bildirdi ki, savabı ən çox olan pul, bir müsəlmanın xərcləməsi vacib olduğu, həyat yoldaşı və övladı kimi şəxslərə xərclədiyi puldur. Sonra Allah yolunda döyüşə hazırlanan miniyə xərcləmək. Sonra Allah yolunda döyüşən mücahid yoldaşları və dostları üçün xərcləmək.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality