Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

Abdullah ibn Amr - Allah ondan və atasından razı olsun - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi va səlləm - belə demişdir:

Available in 71 languages
«Abdullah ibn Amr - Allah ondan və atasından razı olsun - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi va səlləm - belə demişdir: "Qohum-əqrəbasının yaxşılıq etməsinə eynisiylə cavab verən insan heç də qohumluq əlaqələrini birləşdirən kimsə deyildir. Qohumluq əlaqələrini birləşdirən kimsə, qohumları onunla əlaqəni kəsdikləri zaman onlarla əlaqə saxlayıb bu əlaqəni birləşdirən kimsədir".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər - sallallahu aleyhi va səlləm - bu hədisdə bizə xəbər verir ki, qohum-əqrəba əlaqələrini birləşdirmədə və qohum-əqrəbaya yaxşılıq etmədə mükəmməl insan, heç də yaxşılığa yaxşılıqla qarşılıq verən insan deyildir. Əksinə, qohum-əqrəba əlaqələrini həqiqi mənada birləşdirən insan, qohumları onunla əlaqəni kəsdikləri, hətta ona pislik etdikləri zaman belə qohum-əqrəbalarına yaxşılıq etməyə davam edən insandır.

Source
Əl-Buxari rəvayət etdi
Download image

Saved at original quality