Hadith for the World
Tap the image to view it full size
Fəzilətli əməllər və ədəb-ərkanlar

Əbu Musadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

Available in 59 languages
«Əbu Musadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Həqiqətən, Allah Əzzə və Cəllə günəş batdığı yerdən çıxana qədər gecə əlini uzadır ki, gündüzün günahkarı tövbə etsin, gündüz də əlini uzadır ki, gecənin günahkarı tövbə etsin".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Uca Allah qullarından tövbəni qəbul edir. Əgər qul gündüz günah edib gecə tövbə etsə, Allah onun tövbəsini qəbul edər, əgər gecə günah edib gündüz tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Pak olan Allah qulunun tövbəsinə sevindiyindən və onu qəbul etmək üçün tövbəyə əlini uzadar və dünyanın sonunu bildirən günəşin qərbdən çıxmasına qədər tövbə qapısı açıq qalır. (Günəş) qərbdən çıxdıqda, artıq tövbə qapısı bağlanacaq.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality