Fəzilətli əməllər və ədəb-ərkanlar
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki:
Available in 70 languages
«Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) izzət və cəlal sahibi olan Rəbbindən rəvayət edərək belə buyurdu:
"Bir qul günah edərək: "Ey Rəbbim, günahımı bağışla!" – dedi. Müqəddəs və pak olan Allah buyurdu: "Qulum günah etdi və bildi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır". Sonra qul yenidən günah etdi və dedi: "Rəbbim mənim günahımı bağışla". Müqəddəs və pak olan Allah dedi: "Qulum günah etdi və bildi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır". Sonra qul yenidən günah etdi və dedi: "Rəbbim mənim günahımı bağışla". Müqəddəs və pak olan Allah dedi: "Qulum günah etdi və dərk etdi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır. Nə istəsən et, artıq səni əfv etdim!".»Meaning translation ·
Saved at original quality








