Hadith for the World
Tap the image to view it full size
Əqidə

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

Available in 70 languages
«Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Ümmətimdən hər kəs cənnətə daxil olacaq, ondan üz çevirənlərdən başqa". Soruşdular: "Ey Allahın Rəsulu, kim ondan üz çevirər?". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Kim mənə itaət edərsə, cənnətə daxil olar, kim mənə asilik edərsə, (cənnətdən) üz çevirmiş olar".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, ümmətindən cənnəti istəməyəndən başqa hər kəs ora daxil olacaq. Sahabələr (Allah onlardan razı olsun) dedilər: "Ey Allahın Rəsulu kim cənnəti istəməz ki?!". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cavab verdi ki, mənə boyun əyib, tabe olan və itaət edən kəs cənnətə daxil olar, lakin mənə qarşı çıxıb, şəriətin əmr və qadağalarına əməl etməyən, pis əməlləriylə cənnətdən imtina etmiş olur.

Source
Əl-Buxari rəvayət etdi
Download image

Saved at original quality