Fiqh və onun üsulu
Abdurrahmən bin Əbu Leylə rəvayət edir: Kə‘b bin Ucrə (Allah ondan razı olsun) mənimlə qarşılaşdı və dedi: "Sənə bir hədiyyə verimmi?"
Available in 60 languages
«Abdurrahmən bin Əbu Leylə rəvayət edir: Kə‘b bin Ucrə (Allah ondan razı olsun) mənimlə qarşılaşdı və dedi: "Sənə bir hədiyyə verimmi?" Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizim yanımıza gəlmişdi. Biz ona: “Ey Allahın elçisi, sənə necə salam verəcəyimizi öyrəndik, bəs sənə necə salavat gətirək? deyə sual verdik. O da belə dedi: «Bu cür deyin : Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə, innəkə həmidun Məcid. Allahummə bərik alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə, innəkə həmidun Məcid » (Allah'ım, İbrahimə və onun ailəsinə salat etdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də salat et. Həqiqətən Sən təriflənməyə layiq və ucasan. Allah'ım, İbrahimə və onun ailəsinə xeyr və bərəkət lütf etdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də xeyr və bərəkət ver. Həqiqətən Sən təriflənməyə layiq və ucasan)»Meaning translation ·
Saved at original quality








