Hadith for the World
Tap the image to view it full size
Fəzilətli əməllər və ədəb-ərkanlar

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

Available in 71 languages
«Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Allaha və axirət gününə iman gətirən, ya xeyir söyləsin, ya da sussun, Allaha və axirət gününə iman gətirən qonşusuna yaxşılıq etsin, kim Allaha və axirət gününə iman gətirirsə, qonağına qarşı səxavətli və əliaçıq olsun".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Allaha və dönəcəyi axirət gününə iman gətirən mömin barədə bəhs edir, etdiyi əməlin müqabilini alacağı barədə xəbər verir. İmanı onu aşağıdakı xüsusi keyfiyyətlərə yiyələnməsinə təşviq edir: Birincisi: Təsbih (Subhəna-Allah), təhlil (lə iləhə iləlla-Allah), xeyir işlərə çağırmaq və qadağalardan çəkindirmək, insanların arasını gözəl sözlərlə islah etmək kimi xoş ifadələr. Bunu etmək iqtidarında olmazsa, susmalı, əziyyət verməkdən çəkinməli və dilini pislikdən qorumalıdır. İkincisi: Qonşuya qarşı ehtiramla yanaşmaq: ona xeyirxahlıq etmək, əziyyət verməmək. Üçüncüsü: Səni ziyarətə gələn qonağa: gözəl söz, yemək təqdim etmək və buna bənzər səxavətli əməllərlə yaxşılıq etmək.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality