Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

Available in 70 languages
«Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Sədəqə, var-dövlətdən bir şey əksiltməz, nə qədər ki, qul mərhəmətlidir, əvəzində Allah da onun izzətini artırar. Kim Allah üçün təvazökarlıq edərsə, Allah onu ucaldar".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, sədəqə sərvəti əksiltməz, əksinə var-dövlətə ziyan vura biləcək bəlaları dəf edər və həmçinin Allah sədəqə verənə mükafatını böyük xeyirlə əvəzləyər, bu isə öz növbəsində malı azaltmaz, əksinə artırar. İntiqama və cəzalandırmağa imkanı olduğu halda bağışlamaq, sahibinin yalnız qüvvət və izzətini artırar. İnsan Allahın razılığını qazanmaq üçün, kimdənsə qorxduğuna görə yox və yaxud yaltaqlığa görə deyil, mənfəət əldə etmək məqsədi güdmədən, məhz Allahın Üzünü (razılığını) qazanmaq üçün itaətlik və təvazökarlıq edərsə, mükafatı sözügedən insan üçün ucalıq və şərəf olar.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality