Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) rəvayət edildiyinə görə, o, belə dedi:

Available in 56 languages
«İbn Abbasdan (Allah ondan və atasından razı olsun) rəvayət edildiyinə görə, o, belə dedi: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların ən səxavətlisi idi və Cəbrail onunla Ramazanda görüşdüyü zaman ən səxavətli olduğu vaxtı idi və Ramazanın hər gecəsi onunla görüşər və qarşılıqlı bir-birinə Quran oxuyardılar və Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xeyirdə əsən küləkdən belə cömərd idi.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların ən səxavətlisi idi və Ramazan ayında səxavəti daha da artardı, belə ki, lazım olanı lazım olan şəxsə verirdi və səxavətinin artmasının səbəbi də iki şey idi: Birincisi: Cəbrail ilə (Allahın salamı onun üzərinə olsun) görüşməsi. Digər məsələ: Quranı qarşılıqlı oxuyaraq- təkrarlamaq, yəni bu onu əzbər oxumaqdır. Cəbrail (Allahın salamı onun üzərinə olsun) Qurandan nazil olan hər şeyi ona öyrədir və Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) daha səxavətli, daha çox xeyirxah olurdu və insanlara fayda verməkdə, Allahın yağış və rəhmətlə göndərdiyi gözəl küləkdən daha sürətli olurdu.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality