Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

Sə'd bin Əbi Vaqqasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:

Available in 60 languages
«Sə'd bin Əbi Vaqqasdan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Kim müəzzini eşitdikdə, "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu və ənnə Muhəmmədən əbduhu və rasuluhu, radiytu bi-Lləhi Rabbən və bi-Muhəmmədin rasulən, və bil-İsləmi dinən" (şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur, Muhəmməd Onun qulu və elçisidir. Mən Rəbb olaraq Allahdan, rəsul olaraq Muhəmməddən, din olaraq İslamdan razıyam) deyərsə, onun günahları bağışlanar".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, hər kim müəzzini eşidəndə bu cür deyərsə: "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu" yəni, təsdiq və etiraf edirəm və xəbər verirəm ki, Allahdan başqa ibadətə layiq həqiqi məbud yoxdur, Ondan başqa bütün ibadət olunanlar batildir, "Və ənnə Muhəmmədən əbduhu və rasuluhu". Yəni, Muhəmməd, bir quldur, ona ibadət edilməz və bir elçidir, yalan danışmaz, "Radiytu bi-Lləhi Rabbən". Yəni: Allahın Rəbbliyindən, ilahlığından, ad və sifətlərindən razıyam. "Və bi-Muhəmmədin rasulən" (Və rəsul olaraq Muhəmməddən razı qaldım)". Yəni onunla bizə göndərilən və bizə çatdırdığı hər bir şeydən, "Və bil İsləmi" (İslamdan). Yəni: Əmr və qadağaları ilə, İslamın bütün hökmlərindən, "Dinən" (Din olaraq). Yəni: etiqad edərək və boyun əyərək. "Günahları bağışlanar". Yəni: kiçik günahları.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality