Hadith for the World
Tap the image to view it full size
Fəzilətli əməllər və ədəb-ərkanlar

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, o, belə demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu:

Available in 55 languages
«Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, o, belə demişdir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: Hər kim "Əl-Lat və Uzzaya and olsun" deyərək and içsə, “Lə iləhə illəllah” desin və kim öz yoldaşına: “Gəl, səninlə qumar oynayım" desə, sədəqə versin.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahdan başqasına and içməkdən çəkindirir, çünki mömin ancaq Allaha and içər. Bildirir ki, kim Allahdan qeyrisinə and içərsə; məsələn, əgər kimsə, İslamdan əvvəl cahiliyyət dövründə ibadət edilən iki büt olan Lat və Uzzaya and içərsə, o zaman şirkdən uzaq olması və bu andının kəffarəsi olaraq: "Ləə iləhə illəllah- deməlidir. Sonra o (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, kim dostuna desə ki: Gəl qumar oynayaq, – qumar isə iki və ya daha çox adamın, öz aralarında qoyduqları və qalibin götürdüyü pul üzərində yarışmasıdır və qumarda onların birinin qazanıb, digərinin itirməsi qaçılmazdır- çağırdığı şeyin kəffarəsi olaraq sədəqə verməsi ona müstəhəbdir.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality