Hadith for the World
Tap the image to view it full size
Əqidə

Abbas bin Əbdul Muttalibdən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitmişdir:

Available in 53 languages
«Abbas bin Əbdul Muttalibdən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitmişdir: "Allahdan rəbb olaraq, İslamdan din olaraq, Muhəmməddən rəsul olaraq razı olan kəs imanın şirinliyini dadmışdır".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, imanında sadiq olan və qəlbi bununla aram tapan mömin əgər üç şeydən razı olarsa, qəlbində açıqlıq, genişlik, sevinc, şirinlik və Uca Allaha yaxınlığın ləzzətini hiss edər: Birincisi: O, Rəbb olaraq Allahdan razı olarsa və bu, rububiyyətin gərəyi olaraq Allahdan gələn ruzi və şərait bölgüsünə qəlbinin açılması(qane olması)və bunlardan heç birinə qəlbində etiraz olmaması və Uca Allahdan başqa bir Rəbb istəməməsi ilə olur. İkincisi: İslamı din olaraq razı olmaq. Bu, insanın qəlbinin İslamın ehtiva etdiyi hökmlər və vacibatlara qarşı genişlənməsi, onları məmnuniyyətlə qəbul etməsi və İslamdan başqa bir yola yönəlməməsi ilə olur. Üçüncüsü: Rəsul olaraq Muhəmməddən (Allahın salavatı və salamı onun üzərinə olsun) razı olarsa və bu, tərəddüd və şübhə etmədən onun gətirdiyi hər bir şeyə qəlbini açması və buna sevinməsiylə və yalnız onun hidayətinə uyğun olan yolu izləməsi ilə olur.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality