Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:

Available in 53 languages
«Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "İnsan vəfat etdikdə üç əməldən başqa bütün əməlləri dayanar: bu davamlı sədəqə, fayda verən elm və ya onun üçün dua edən saleh övladdır".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, ölən kəsin əməli onun ölümü ilə sona çatır, ona görə də, ölümündən sonra bu üç şeydən başqa o, savab əldə edə bilmir; Çünki bu üş şeyə onun özü səbəb olub: Birincisi: Vəqf, məscid tikmək, quyu qazmaq və s. kimi savabı axarlı və davamlı, fasiləsiz olan sədəqə. İkincisi: Elm kitabları yazmaq və ya kiməsə elm öyrədib, öldükdən sonra həmin şəxsin bu elmi yayması kimi insanların faydalandığı elm. Üçüncüsü: Valideynlərinə dua edən saleh mömin övlad.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality