Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

Əbu Umamədən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

Available in 59 languages
«Əbu Umamədən (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: “Kim hər vacib namazdan sonra “Ayətul-Kürsi”ni oxuyarsa, onun cənnətə girməsinə ölümündən başqa heç nə mane olmaz”.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər vermişdir ki, hər kim fərz namazı bitdikdən sonra “Ayətul-Kürsi”ni oxuyarsa, onun cənnətə girməsinə ölümdən başqa heç nə mane olmaz. Bu ayə, bəqərə surəsində, Uca Allahın bu ayəsidir: "Allahdan başqa ilah yoxdur! O, diridir, bütün məxluqatı idarə edir. O, nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. Onun izni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini də (qulların edəcəkləri əməlləri), arxalarındakını da (etdikləri əməlləri) O, bilir. Onlar Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin gəlmir. O, ucadır, əzəmətlidir". [Əl-Bəqərə 2 surəsi, ayə 255].

Source
رواه النسائي في الكبرى
Download image

Saved at original quality