Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə söylədiyi rəvayət edilir:

Available in 60 languages
«İbn Abbasdan (Allah ondan və atasından razı olsun) belə söylədiyi rəvayət edilir: Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) İbn Abbasın adını çəkdiyi, lakin adını unutduğum, ənsardan olan bir qadına dedi: “Sənə bizimlə həcc etməyə nə mane oldu?” O dedi: Bizim yalnız iki dəvəmiz var idi, ona görə oğlumun atası oğlum ilə bir dəvə üzərində həcc etdi və su daşımaq üçün bizə digərini qoyub getdi: O, dedi: "Ramazan gələndə ümrə et, çünki Ramazanda edilən ümrə Həccə bərabərdir."»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) vida həccindən qayıdanda həcc etməmiş ənsar qadına dedi: Sənə bizimlə həcc etməyə nə mane oldu? Qadın onların iki dəvəsinin olmasını üzr gətirdi. Əri və oğlu onların birində həcc etdi, digər dəvəni isə quyudan su götürmək üçün saxladılar. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona bildirdi ki, Ramazan ayında edilən ümrənin savabı həccin savabına bərabərdir.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality