Hadith for the World
Tap the image to view it full size
Fəzilətli əməllər və ədəb-ərkanlar

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

Available in 62 languages
«Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Dul qadına və kasıba əl tutan şəxs, Allah yolunda cihad edən və ya gecələri yorulmadan namaz qılıb, gündüzləri oruc tutan şəxs kimidir”.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur ki, əri vəfat etmiş və heç kimdən maddi dəstəyi olmayan bir qadına, həmçinin maddi ehtiyacları olan insanlara yardım edən və savabını uca Allahdan umaraq onlara xərcləyən kəs, Allah yolunda cihad edən və ya yorulmadan gecə namazlarını qılan, oruc tutub iftarını açmayan şəxs kimi savab sahibidir.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality