Hadith for the World
Tap the image to view it full size
Əqidə

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:

Available in 55 languages
«Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Mömin kişi və mömin qadının, günahlardan tam təmizlənmiş halda Allahla qarşılaşana qədər özündə, övladlarında və malında bəla baş verməyə davam edər".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, bəla və imtahan mömin kişi və mömin qadına, özlərinin sağlamlığında və bədənində, övladlarının xəstəliyində, ölümündə, valideyinlərinin üzünə ağ olmaqda və başqa şeylərində, mallarında isə kasıbçılığın olması, ticarətin yox olması, oğurluq, həyatın çətinliyi və ruzinin azalması şəklində baş verməyə davam edər ki, Allah bu bəlalarla onu bütün günah və xətalardan təmizləyər, hətta O, Allahla qarşılaşdığı vaxt artıq işlədiyi bütün günah və asiliklərdən təmizlənmiş olar.

Source
Ət-Tirmizi və Əhməd rəvayət ediblər
Download image

Saved at original quality