AZ
İbrətamiz nəsihətlər və moizələr
Nəfislərin təmizlənməsi
9 hadiths
Qəlb əməlləri
14
Zahidlik və Allahdan qorxmaq
2
Salehlərin halı
4
Asiliklərin məzəmmət edilməsi
6
Dünyanı sevməyin məzəmmət edilməsi
8
Nəfsi istəklərin və şəhvətlərin məzəmmət edilməsi
1
Tövbə
3
Nəfislərin təmizlənməsi
9
Cənnət və Cəhənnəmin vəsfləri
17
9 hadiths
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: "Mömin kişi və mömin qadının, günahlardan tam təmizlənmiş halda Allahla qarşılaşana qədər özündə, övladlarında və malında bəla baş verməyə davam edər".
Ət-Tirmizi və Əhməd rəvayət ediblər
Suheybdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: “Möminin halı necə də təəccüblüdür, onun hər halı xeyirdir və bu, mömindən başqa heç kəsə aid deyil. Əgər ona bir sevinc toxunsa, şükür edər və bu onun üçün xeyir olar. Əgər başına bir müsibət gəlsə, səbir edər və bu onun üçün xeyir olar”.
Muslim rəvayət etdi
Abdullah bin Ömərdən (Allah onların hər ikisindən razı olsun) rəvayət edilir ki, o, demişdir: Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənim çiynimdən tutub dedi: "Dünyada bir qərib və ya bir müsafir kimi ol!". İbn Ömər (bu hədisi danışandan sonra) deyərdi: Axşama çıxdığın zaman səhəri, səhərə çıxdığın zaman da axşamı gözləmə! Xəstəliyin üçün sağlamlığında, ölümün üçün həyatında hazırlıq gör.
Əl-Buxari rəvayət etdi
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Rəsulu (sallallahu aleyhi va səlləm) belə demişdir: "Bir-birinizə həsəd etməyin, bir-birinizi aldadaraq qiyməti qaldırmayın, bir-birinizə nifrət bəsləməyin, bir-birinizə arxa çevirməyin, biriniz digərinizin satışı üzərinə satış etməsin. Ey Allahın qulları, qardaş olun!. Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz və onu alçatmaz". Peyğəmbər (sallallahu aleyhi va səlləm) sinəsinə işarə edərək üç dəfə: "Təqva buradadır" – deyə təkrar etdi. "Kişiyə müsəlman qardaşını alçaltması şər olaraq kifayət edər. Hər bir müsəlman üçün digər bir müsəlmanın qanı, malı və namusu haramdır".
Muslim rəvayət etdi
عَنْ أَبِي هُرَيْرَةَ رَضيَ اللهُ عنهُ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «انْظُرُوا إِلَى مَنْ أَسْفَلَ مِنْكُمْ، وَلَا تَنْظُرُوا إِلَى مَنْ هُوَ فَوْقَكُمْ، فَهُوَ أَجْدَرُ أَلَّا تَزْدَرُوا نِعْمَةَ اللهِ عَلَيْكُمْ».
متفق عليه
عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «نِعْمَتَانِ مَغْبُونٌ فِيهِمَا كَثِيرٌ مِنَ النَّاسِ: الصِّحَّةُ وَالفَرَاغُ».
رواه البخاري
Əbu Malik Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur. Namaz nurdur, sədəqə burhandır (dəlildir), səbr isə işıqdır. Quran ya sənin leyhinə ya da əleyhinə dəlildir. Hər kəs sabahlayaraq öz nəfsini satar, kimisi (Allaha itaət etməklə Cəhənnəm əzabından) onu azad edər, kimisi isə (şeytana tabe olmaqla) onu həlak edər".
Muslim rəvayət etdi
Sufyan bin Abdullah Əs-Səqafidən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Dedim: “Ey Allahın Rəsulu, mənə İslamda elə bir şey söylə ki, onu səndən başqa heç kimdən soruşmayım. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: De ki: "Allaha iman gətirdim, ardınca da doğru yolu tut".
Muslim və Əhməd rəvayət etdi
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «سَبْعَةٌ يُظِلُّهُمُ اللَّهُ تَعَالَى فِي ظِلِّهِ يَوْمَ لاَ ظِلَّ إِلَّا ظِلُّهُ: إِمَامٌ عَدْلٌ، وَشَابٌّ نَشَأَ فِي عِبَادَةِ اللَّهِ، وَرَجُلٌ قَلْبُهُ مُعَلَّقٌ فِي المَسَاجِدِ، وَرَجُلاَنِ تَحَابَّا فِي اللَّهِ، اجْتَمَعَا عَلَيْهِ وَتَفَرَّقَا عَلَيْهِ، وَرَجُلٌ دَعَتْهُ امْرَأَةٌ ذَاتُ مَنْصِبٍ وَجَمَالٍ فَقَالَ: إِنِّي أَخَافُ اللَّهَ، وَرَجُلٌ تَصَدَّقَ بِصَدَقَةٍ فَأَخْفَاهَا حَتَّى لاَ تَعْلَمَ شِمَالُهُ مَا تُنْفِقُ يَمِينُهُ، وَرَجُلٌ ذَكَرَ اللَّهَ خَالِيًا، فَفَاضَتْ عَيْنَاهُ».
متفق عليه