AZ
İbrətamiz nəsihətlər və moizələr
Asiliklərin məzəmmət edilməsi
6 hadiths
Qəlb əməlləri
14
Zahidlik və Allahdan qorxmaq
2
Salehlərin halı
4
Asiliklərin məzəmmət edilməsi
6
Dünyanı sevməyin məzəmmət edilməsi
8
Nəfsi istəklərin və şəhvətlərin məzəmmət edilməsi
1
Tövbə
3
Nəfislərin təmizlənməsi
9
Cənnət və Cəhənnəmin vəsfləri
17
6 hadiths
Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Sizə günahların ən böyüyü barədə xəbər verimmi?" – deyə bunu üç dəfə soruşdu. Səhabələr: “Bəli, ey Allahın Rəsulu!” – deyə cavab verdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaq" – dedi. (Bunu deyərkən) o söykənmişdi sonra qalxıb oturdu və: "Yalan söz danışmaq" – deyə əlavə etdi. O bunu durmadan o qədər təkrar etdi ki, biz (bir-birimizə): "Kaşki, susaydı!" – dedik”.
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Abdullah bin Amr bin As (Allah ondan və atasından razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Ən böyük günahlar: Allaha şərik qoşmaq, valideyinlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan (Allaha) and içməkdir".
Əl-Buxari rəvayət etdi
Əbu Musadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: “Yaxşı və pis dostun misalı, müşk (ətir) satanla körük vuranın misalına bənzəyir. Ətir satan ya sənə ətir bağışlayar, ya ondan ətir alarsan, ya da ondan xoş bir qoxu duyarsan. Körük vuran isə ya sənin paltarını yandırar, ya da sən ondan pis qoxu duyarsan”.
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Hureyrədən - Allah ondan razı olsun - rəvayət edilir ki, Peyğəmbər - salləllahu aleyhi va səlləm - belə demişdir: "Həlak edən yeddi günahdan çəkinin!” “(Səhabələr:) “Nədir onlar, ey Allahın Rəsulu?” deyə soruşdular. Peyğəmbər - salləllahu aleyhi va səlləm - buyurdu: “Allaha şərik qoşmaq, sehir etmək, Allahın haram buyurduğu canı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu və ismətli mömin qadınları zinada ittiham etmək".
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Günahını aşkarda edənlərdən başqa bütün ümmətim bağışlanacaq. Bir kişinin gecə pis iş görüb, sonra Allah o əməlini örtdüyü halda səhər qalxıb: Ey filankəs! - mən axşam belə bir iş etmişəm - deməsi, günahı aşkara çıxarmaqdan sayılır. Rəbbi gecə günahını örtdüyü halda, o, isə səhər Allahın örtdüyünü aşkar edir”.
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
عن أبي هريرة عن النبي صلى الله عليه وسلم قال: «لعن الله السارق، يسرق البَيْضَةَ فَتُقْطَعُ يده، ويسرِقُ الحَبْلَ فَتُقْطَعُ يَدُهُ».
متفق عليه