Hadith for the World
Tap the image to view it full size
Fəzilətli əməllər və ədəb-ərkanlar

Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:

Available in 61 languages
«Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: “Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Günahını aşkarda edənlərdən başqa bütün ümmətim bağışlanacaq. Bir kişinin gecə pis iş görüb, sonra Allah o əməlini örtdüyü halda səhər qalxıb: Ey filankəs! - mən axşam belə bir iş etmişəm - deməsi, günahı aşkara çıxarmaqdan sayılır. Rəbbi gecə günahını örtdüyü halda, o, isə səhər Allahın örtdüyünü aşkar edir”. ​»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, günahkar müsəlmanı Allahın əfv edib, bağışlayacağına ümid edilir. Lakin günahını təkəbbürlə və həyasızcasına insanlara bildirən kəs isə istisnadır -bağışlanmağa layiq deyidir. O, gecə günah işləyir, Allah da o günahı örtdüyü halda səhər başqasına dünən filan günahı işlətdiyini danışır. Rəbbi onun günahını örtdüyü halda gecələyir, səhər durduqda isə o, Allahın örtdüyünü açır (öz günahını aşkara çıxarır)!!

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality