Hadith for the World
Tap the image to view it full size
Əqidə

Zeynəb bint Cəhşdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qorxu içində onun yanına girdi və dedi:

Available in 55 languages
«Zeynəb bint Cəhşdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qorxu içində onun yanına girdi və dedi: "Ləə iləhə illəllah, artıq yaxınlaşmış şərrə görə vay olsun ərəblərin halına. Yəcuc və Məcuc bəndində bu boyda deşik açılmışdır". Və baş barmağı ilə işarə barmağını bir dairə şəklində birləşdirdi. Zeynəb bint Cəhş (Allah ondan razı olsun) deyir: "Mən dedim: "Ya Allahın Rəsulu! Bizim aramızda əməli salehlər olduğu halda, biz hamımız həlak olacağıq?" O, dedi: "Bəli, əgər pislik artarsa!"»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qorxmuş halda Zeynəb bint Cəhşin (Allah ondan razı olsun) yanına daxil oldu və baş verəcək, xoşagəlməz bir şeyin gözlənməsi xəbərini verərək dedi: “Ləə iləhə illallah (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) Uca Allaha üz tutmaqdan başqa ondan heç bir qurtuluş yoxdur. Sonra o (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Vay olsun ərəblərin başına gələcək, artıq yaxınlaşmış şərdən. Bu gün Zul-Qarneynin tikdiyi Yəcuc və Məcuc bəndində bu böyüklükdə deşik açılmışdır və o, (deşiyin ölçüsünü göstərmək üçün) baş barmağı ilə işarə barmağını bir dairə şəklində birləşdirdi. Zeynəb (Allah ondan razı olsun) dedi: “Aramızda saleh möminlər olduğu halda, Allah bizi necə həlak edər? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: “Əxlaqsızlıq, pozğunluq, günahlar, zina, şərab və sair kimi pisliklər artarsa, hamı həlak olar.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality