Hadith for the World
Tap the image to view it full size
Fəzilətli əməllər və ədəb-ərkanlar

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir:

Available in 59 languages
«Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir: "Sizi Allahın günahları sildiyi və dərəcələri yüksəltdiyi şeyə yönəldimmi?". Dedilər: "Bəli Ey Allahın elçisi". Dedi: "Çətinliklərə baxmayaraq dəstəmazı tam almaq, məscidlərə çoxlu addımlar atmaq, namazdan sonra növbəti namazı gözləmək və bu ribatdır".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən soruşdu ki, onları, günahların bağışlanmasına, onların əməllərin yazan mələklərin kitabından silinməsinə və cənnətdə yüksək məqama səbəb olacaq əməllərə yönəltməyini istəyirlərmi? Səhabələr dedilər: Bəli, biz bunu istəyirik. O, dedi: Birincisi: Soyuq hava, su azlığı, bədən ağrısı və qaynar su kimi çətinliklər olsa da belə, dəstəmazı kamil və tam şəkildə almaq. İkincisi: Evin uzaq olması səbəbiylə və təkrar-təkrar məscidlərə gedərək, atılan - iki ayaq arasında olan - addımları çoxaltmaq. Üçüncüsü: Namazın vaxtını gözləmək, qəlbi ona (namaza) bağlamaq, ona hazırlıq görmək və onu camaatla qılmaq üçün məsciddə oturub gözləmək və namazı qıldıqda növbəti namaz üçün öz yerində gözləmək. Sonra, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu işlərin həqiqi keşik çəkmək olduğunu izah etdi. Çünki o şeytanın insan üzərindəki yollarını bağlayır, nəfsi istəklərə qalib gəlir və onun vəsvəsələri qəbul etməsinə mane olur və onun vasitəsilə Allahın ordusu şeytanın əsgərlərini məğlub edir. Bu, ən böyük cihaddır və düşmənin sərhədində keşik çəkmək kimidir.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality