Hadith for the World
Tap the image to view it full size
Fəzilətli əməllər və ədəb-ərkanlar

Əbu Dərdadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

Available in 60 languages
«Əbu Dərdadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Sizə əməllərinizin ən xeyirlisini, Hökmradınızın yanında ən pak olanını, dərəcələrinizi ən çox artıranı sizin üçün qızıl və gümüş xərcləməkdən daha xeyirlisini və sizin üçün düşməninizlə qarşılaşıb onların boyunlarını vurmaqdan, onların da sizin boynunuzu vurmaqdan daha xeyirli olanını xəbər verimmi?". Onlar dedilər: "Bəli". O, dedi: “Uca Allahı zikr etməkdir”.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrindən soruşdu: İstəyirsinizmi ki, sizə izzət və cəlal sahibi olan, hökmdar Allahın yanında əməllərinizin ən fəzilətlisi, ən şərəflisi, ən üstünü, ən pakı və ən təmizi haqqında xəbər verim və sizi öyrədim? Cənnətdə dərəcələrinizi ən çox artıracaq əməli? Sizin üçün qızıl və gümüşü sədəqə verməkdən daha xeyirli olanı? Sizin üçün kafirlərlə döyüşmək üçün qarşılaşıb onların boyunlarını vurmaqdan, onların da sizin boyunlarınızı vurmaqdan daha xeyirli olanı? Səhabələr dedilər: Bəli, biz bunu istəyirik. O(Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: (Bu əməl) hər zaman, hər şəkildə və hər vəziyyətdə Uca Allahı zikr etməkdir.

Source
Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi
Download image

Saved at original quality