Hadith for the World
Tap the image to view it full size
Əqidə

İbn Abbas (Allah ondan və atasından razı olsun) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə demişdir:

Available in 60 languages
«İbn Abbas (Allah ondan və atasından razı olsun) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə demişdir: "Həqiqətən Allah mənim xətrimə ümmətimin xətadan, unutqanlıq üzündən və məcburiyyət qarşısında qalıb etdiyi günahlarından keçmişdir".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (sallallahu əleyhi va səlləm) bu hədisdə Uca Allahın onun ümmətini üç halda əfv etdiyini xəbər verir: Birinci hal: Xəta səbəbi ilə. Bu, bir insanın qəsdsiz etdiyi bir əməldir. Yəni: müsəlman bir şey etməyi niyyət edir, lakin nəticədə niyyət etmədiyi başqa bir şey baş verir. İkinci hal: Unutqanlıq səbəbi ilə. Bu, müsəlmanın bir şeyi bildiyi və yadda saxladığı halda, onu icra edərkən unutmasıdır. Belə bir halda ona günah yazılmaz. Üçüncü hal: Məcburiyyət səbəbi ilə. Bu, qulun məcburiyyəti aradan qaldırmağa qüdrəti çatmadığı halda, istəmədiyi bir işi etməyə məcbur edilməsidir. Bu zaman ona nə günah yazılar, nə də bir məsuliyyət düşər. Qeyd etmək lazımdır ki, hədisin mövzusu qul ilə Rəbbi arasındakı qadağan olunmuş əməli işləmək haqqındadır. Əmr olunan işi unutqanlıqdan tərk etmək məsuliyyəti aradan qaldırmaz. Əgər bunun nəticəsində başqa bir şəxsə qarşı cinayət baş verərsə, bu zaman insanın haqqı batmaz. Məsələn: Bir kəs xətadan birini öldürərsə, onun qarşılığında "diyə" (qan pulu) verməlidir. Yaxud: Xətadan bir avtomobili zədələyərsə, o, buna görə dəyən zərəri ödəməlidir.

Source
رواه ابن ماجه والبيهقي وغيرهما
Download image

Saved at original quality