Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir:

Available in 70 languages
«İbn Ömərdən (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "Cəbrayıl mənə qonşu haqqında o qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini zənn etdim".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Cəbrayıl israrla, təkrar-təkrar ona qonşuya diqqət göstərməyi əmr etdi. Evi yaxın olan qonşu, müsəlman və ya kafir, insana qohum olub-olmamasından asılı olmayaraq, haqqının qorunmasını, ona əziyyət verməməsini, ona qarşı xeyirxahlıq göstərməsini, əziyyətinə səbr etməsini tövsiyə etdi. Qonşu haqqının belə böyük olduğundan və Cəbrayılın bunu təkrar-təkrar xatırlatmasından Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanın ölümündən sonra tərk etdiyi əmlakından qonşusuna da verməli olduğu haqda vəhyin enəcəyini zənn etdi.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality