Hadith for the World
Tap the image to view it full size
Fəzilətli əməllər və ədəb-ərkanlar

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:

Available in 55 languages
«Abdullah bin Məsuddan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Dürüstlük (doğru danışmaq) üzərinizə vacibdir, çünki dürüstlük xeyirə, xeyir isə cənnətə aparır, insan o qədər doğru danışar və ona bağlı qalar ki, hətta Allah yanında doğru danışan kimi yazılar. Yalandan çəkinin, çünki, yalan pisliyə, pislik isə cəhənnəmə aparır. İnsan o qədər yalan danışar və ona bağlı qalar ki, hətta Allah yanında yalançı kimi yazılar".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dürüstlüyü (doğru danışmağı) əmr etmiş və ona bağlılığın daimi saleh əmələ səbəb olduğunu və xeyir əməl etməkdə davamlı olmağın isə sahibini Cənnətə aparacağını xəbər vermişdir. İnsan gizli və aşkarda dürüstlüyə davam etdikcə "siddiq" adını qazanmağı haqq edər. Bu dürüstlük sözünün mübaliğə (gücləndirilmiş) şəklidir. Sonra o (Allahın salavatı və salamı onun üzərinə olsun), yalan və batil söz danışmaqdan çəkindirmişdir. Çünki, yalan (insanı) doğru yoldan kənara çıxmağa, şərrə, fitnə-fəsad və günah əməllərə sövq edir ki, bu da sonra onu cəhənnəmə aparır və (insan) o qədər çox yalan danışmağa davam edər ki, Allah yanında yalançılardan yazılar.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality