Hadith for the World
Tap the image to view it full size
Fəzilətli əməllər və ədəb-ərkanlar

Əbu Hureyrədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir:

Available in 70 languages
«Əbu Hureyrədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: "Dildə yüngül, tərəzidə ağır, Rəhmana sevimli gələn iki kəlimə vardır: Subhənallahil-Azim, Subhənallahi və bihəmdihi".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanın çətinlik çəkmədən, hər zaman bu iki kəliməni tələffüz etməsi barədə xəbər verir və vurğulayır ki, əməl tərəzisində bu iki kəlimənin mükafatı möhtəşəmdir və həmçinin bildirir ki, bunlar Rəhman olan uca və müqəddəs Rəbbimizə sevimli olan kəlimələrdəndir: "Subhənallahil-Azim, Subhənallahi və bihəmdihi" sözləri uca və müqəddəs Allahın əzəmət və kamillik sifətləriylə vəsfini və nöqsanlardan uzaq olmasını ehtiva edir.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality