Əqidə
Cərir bin Abdullahın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Available in 62 languages
«Cərir bin Abdullahın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Biz Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idik. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Bədr gecəsi bütöv olan aya baxdı və dedi: "Həqiqətən də siz Rəbbinizi, bu ayı gördüyünüz kimi görəcəksiniz. Onu görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz. Elə isə günəş doğmamışdan öncəki namaza və gün batmamışdan qabaq qılınan namaza gücünüz çatdığı qədər davamlı riayət edin". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra bu ayəni oxudu: "Günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə tərif et (şəninə təriflər de)!" (Qaf 50 surəsi, ayə 3).»Meaning translation ·
Saved at original quality








