Hadith for the World
Tap the image to view it full size
Əqidə

Əbu Musadan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

Available in 66 languages
«Əbu Musadan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən, Allah zalıma möhlət verir ki, onu yaxalayanda boyun qaçırmasın”. Buyurdu ki, sonra bu ayəni oxudu: "Rəbbin haqsızlıq edən məmləkətləri yaxaladığı zaman məhz belə yaxalayır. Onun yaxalaması həqiqətən də üzücüdür, şiddətlidir" [Hud 11 surəsi, ayə 102]. ​»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) zülmə günahlar və şirk edərək israr etməkdən və insanlara zülm etməkdən çəkindirir və bildirir ki, uca Allah zalıma möhlət verir, onun işini sonraya saxlayır, onun ömrünü uzadır və mal-dövlətini davamlı edir, cəza verməkdə tələsmir. Əgər tövbə etməzsə, etdiyi çoxsaylı haqsızlıqlara görə onu yaxalayar, onu sərbəst buraxmaz və ondan əl çəkməz. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Rəbbin haqsızlıq edən məmləkətləri yaxaladığı zaman məhz belə yaxalayır. Onun yaxalaması həqiqətən də üzücüdür, şiddətlidir" [Hud 11 surəsi, ayə 102]. ​

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality