Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:

Available in 62 languages
«Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Oğruların ən pisi, (tələsik namaz qılıb) namazından oğruyandır". Ondan: Kişi namazından necə oğruya bilər? deyə soruşulunca, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Namazın rükusunu və səcdəsini tam olaraq etməz" deyərək cavab verdi.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) oğruluq edənlərin ən pisinin, namazından oğruluq edən kimsənin olduğunu bildirmişdir. Çünki başqasının malını oğrayan kimsə bəlkə bu dünyada o maldan özünə fayda verə bilər. Amma namazından oğrayan kimsə isə özünün namazdan ona çatan savab və əcrdən olan haqqını oğurlamış olur. Səhabələr: "Ey Allahın elçisi! Kişi namazından necə oğraya bilər axı?" diyə soruşunca, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Kişi namazın rükusunu və səcdəsini tələsik etdiyi üçün namazın rükusunu və səcdəsini tam kamil bir şəkildə əda etməz" deyərək cavab verdi.

Source
İbnu Hibbən rəvayət etdi
Download image

Saved at original quality