Hadith for the World
Tap the image to view it full size
Əqidə

Osman bin Əbil-Asdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə:

Available in 63 languages
«Osman bin Əbil-Asdan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə: o, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək: "Ey Al­lahın Rəsulu‎, şeytan mənimlə namazım və qiraətim ara­sına girdi, namazımı və qiraətimi qarışdırdı” dedi. Bunun üzərinə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə buyurdu: "Bu Xinzəb deyilən şey­tandır. Onu hiss etdiyin an ondan Allaha sığın və sol tərəfinə üç dəfə yavaşca tüpür". Osman dedi ki: mən elə etdim, Allah da onu məndən uzaqlaşdırdı.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Osman bin Əbil-As (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək belə dedi: "Ey Al­lahın Rəsulu‎, şeytan mənimlə namazım və qiraətim ara­sına girdi, namazı xuşu ilə qılmağıma mane oldu, qiraətimi qarışdırmağa və namazda şəkk etməyimə səbəb oldu" - dedi. Bunun eşidən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona: «Bu Xinzəb deyilən Şey­tandır. Onu hiss etdiyin zaman Allaha üz tut, ondan Allaha sığın və xəfif bir şəkildə üç dəfə sol tərəfinə tüpür». Osman (Allah ondan razı olsun): Mən, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə əmr etdiyi şeyi etdim. Allah da onu məndən uzaqlaşdırdı dedi.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality