Hadith for the World
Tap the image to view it full size
Əqidə

Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, belə demişdir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:

Available in 55 languages
«Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, belə demişdir: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: Uca Allah cənnət əhlinə deyəcək: Ey cənnət əhli? Onlar: “Əmrinə müntəzirik, ey Rəbbimiz və sənə tabeyik” deyəcəklər. Allah deyəcək: “Razı qaldınızmı? Onlar cavab verəcəklər: “Sən, yaratdıqlarından heç kimə vermədiyin şeyi bizə bəxş etdiyin halda, biz nə üçün razı olmayaq? Sonra buyuracaq: “Mən sizə bundan daha üstününü verəcəm. Onlar deyəcəklər: Ya Rəbb, bundan daha üstün nə var? Uca Allah deyəcək: Mən sizə öz razılığımı halal edirəm və bundan sonra heç vaxt sizə qəzəblənməyəcəm".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Uca Allah Cənnət əhli orada olarkən onlara belə deyəcək: “Ey Cənnət əhli!" Onlar da Ona cavab verərək deyəcəklər: “Sənin əmrinə müntəzirik ey Rəbbimiz və Sənə tabeyik”. Onlara deyəcək: “Razı qaldınızmı?” Onlar cavab verəcəklər: “Bəli, razıyıq! Necə razı olmayaq ki, Sən bizə yaratdıqlarından heç kimə vermədiklərini bəxş etmisən!”. Sonra Uca Allah deyəcək: “Sizə bundan daha yaxşısını verimmi?”. Onlar deyəcəklər: “Ya Rəbb, bundan daha yaxşı nə ola bilər?!“. Uca Allah deyəcəkdir: “Sizə daimi razılığımı bəxş edirəm və bundan sonra sizə heç vaxt qəzəblənməyəcəyəm”.

Source
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Download image

Saved at original quality