Hadith for the World
Tap the image to view it full size
Fəzilətli əməllər və ədəb-ərkanlar

Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:

Available in 60 languages
«Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir: “Kişi kişinin övrətinə, qadın da qadının övrətinə baxmasın, kişi bir paltar altında başqa bir kişi ilə, qadın da bir paltar altında başqa bir qadınla qalmasın".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir kişinin digər kişinin övrətinə, qadının da digər qadının övrətinə baxmağını qadağan etmişdir. Övrət: Göründüyü zaman utanılan hər şeydir, kişinin övrəti göbəklə dizləri arasında olandır. Naməhrəm kişilərə nisbətdə qadının bütün bədəni övrətdir. Qadınlara və məhrəmlərinə gəldikdə isə, evdə işləyərkən adətən görünən yerlərini onlara göstərə bilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) kişinin bir paltar və ya bir örtük altında başqa kişiylə çılpaq olaraq qalmasını, qadının da bir paltar və ya bir örtük altında başqa bir qadınla çılpaq qalmasını qadağan etmişdir. Çünki bu, birinin digərinin övrətinə toxunmasına səbəb ola bilər ki, övrətə toxunmaq ona baxmaq kimi qadağan edilmişdir. Hətta, böyük fəsada yol açdığı üçün o (övrətə toxunmaq) qadağa baxımından daha şiddətlidir.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality