Hadith for the World
Fəzilətlər

Tövhidin fəziləti

4 hadiths

4 hadiths

Əbu Səid əl-Xudridən və Əbu Hureyradan (Allah onlardan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir: “Müsəlmanın başına gələn bəlalar içərisində elə bir yorğunluq, xəstəlik, dərd, kədər, əziyyət və sıxıntı, qəm, hətta bədəninə batan tikan kimi bəla yoxdur ki, Allah buna görə onun günahlarını bağışlamasın”.Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Malik bin Ənəsdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərdə yəhər üzərində arxasına aldığı yol yoldaşı Muaza üç dəfə: “Ey Muaz ibn Cəbəl” - deyə səslənir, Muaz da 3 dəfə: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm” - deyə cavab verir. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə deyir:“Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər". Bu zaman Muaz soruşur: "Ey Allahın Rəsulu, bu şad xəbəri insanlara çatdırımmı, sevinsinlər?". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Onda insanlar arxayınlaşarlar”. Yalnız ölümünə yaxın Muaz - elmi gizlətmək günahından - qurtulmaq üçün bu bilgini xəbər vermişdir.Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Muazdan - Allah ondan razı olsun - olan rəvayətdə o dedi: Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağın belində öndə , mən isə arxada oturmuşdum. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) (mənə) dedi: "Ey Muaz, Allahın qulları üzərindəki və qulların Allah üzərindəki haqlarını bilirsənmi?". Dedim: "Allah və Rəsulu ən doğrusunu bilir". Dedi: "Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir.". Mən dedim: "Ey Allahın Rəsulu! Bununla insanları müjdələməyimmi?". O isə: "Müjdələmə, yoxsa arxayınlaşarlar" - dedi.Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə dedi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir kişi gəlib belə dedi: Ey Allahın Rəsulu, (insanı cənnətə və cəhənnəmə salan) iki səbəb nədir? Dedi: "Kim Allaha şərik qoşmadan ölərsə cənnətə daxil olar, kim Allaha şərik qoşaraq ölərsə cəhənnəmə daxil olar".Muslim rəvayət etdi