Hadith for the World
Etik əhkamlar

Gözəl əxlaq

35 hadiths

35 hadiths

Sad bin Əbi Vaqqas (Allah ondan razı olsun) demişdir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: Həqiqətən Allah təqvalı, zəngin qəlbli, gözlərdən gizli-nəzərə çarpmayan(şan-şöhrətdən uzaq) qulunu sevir.Muslim rəvayət etdi
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir".Əbu Davud, Ət-Tirmizi,Əhməd
Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) zövcəsi Aişədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Həqiqətən hər bir əməldə yumşaq davranmaq əməli bəzəyər, yoxluğu isə həmin əməli çirkin edər".Muslim rəvayət etdi
Aişədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə demişdir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Həqiqətən mömin gözəl əxlaqla, oruc tutan və gecələri namaz qılan kəsin dərəcəsinə çatır".Əbu Davud, Əhməd rəvayət ediblər
Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) çirkin sözlər danışmaz və çirkin işlərə də can atmazdı və buyurardı: “Həqiqətən, sizin ən xeyirliniz gözəl əxlaq sahibi olanınızdır”. ​Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Asanlaşdırın, çətinləşdirməyin, sevindirin, hürküdüb qaçırtmayın".Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَطْعِمُوا الجَائِعَ، وَعُودُوا المَرِيضَ، وَفُكُّوا العَانِيَ».رواه البخاري
Abdullah bin Amr bin As (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Rəhm edənlərə (mərhəmətli olanlara) Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəhm etsin".Əbu Davud, Ət-Tirmizi,Əhməd
Abdullah ibn Amrdan (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”.Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
عَن أَبي هُرَيْرَةَ، قَالَ: قَامَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي صَلاَةٍ وَقُمْنَا مَعَهُ، فَقَالَ أَعْرَابِيٌّ وَهُوَ فِي الصَّلاَةِ: اللَّهُمَّ ارْحَمْنِي وَمُحَمَّدًا، وَلاَ تَرْحَمْ مَعَنَا أَحَدًا. فَلَمَّا سَلَّمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِلْأَعْرَابِيِّ: «لَقَدْ حَجَّرْتَ وَاسِعًا» يُرِيدُ رَحْمَةَ اللهِ.رواه البخاري
عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «إِنَّ اللَّهَ قَالَ: إِذَا ابْتَلَيْتُ عَبْدِي بِحَبِيبَتَيْهِ فَصَبَرَ، عَوَّضْتُهُ مِنْهُمَا الجَنَّةَ» يُرِيدُ: عَيْنَيْهِ.رواه البخاري