4 hadiths
Şəddəd bin Əvsdən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Seyyidul-istiğfar (istiğfarın seyyidi) "Allahummə əntə Rabbi ləə iləhə illə əntə, xaləqtəni və ənə abdukə və ənə alə əhdikə və vədikə məstətatu, əuzu bikə min şərri mə sanətu, əbuu ləkə binimətikə aləyyə və əbuu ləkə bizənbi, fəğfir li, fəinnəhu lə yəğfiruz-zunubə illə əntə" (Allahım, Sən mənim Rəbbimsən, Səndən başqa haqq məbud yoxdur, məni Sən yaratdın, mən də Sənin qulunam, bacardığım qədər Sənin əhdinə və vədinə sadiqəm. Etdiklərimin şərrindən sənə sığınıram. Sənin üzərimə olan nemətini və günahlarımı etiraf edirəm. Məni bağışla, çünki Səndən başqa heç kim günahları bağışlamaz”) - söyləməyindir. Kim bunu əminliklə gündüz desə və o gün axşamdan əvvəl ölsə, Cənnət əhlindən olar, kim bunu gecə əminliklə desə və səhərə çıxmamış ölsə o, Cənnət əhlindən olar".Əl-Buxari rəvayət etdi