TopicFəzilətli əməllər və ədəb-ərkanlar
288 hadiths
288 hadiths
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allahın Rəsulu (salləllahu aleyhi va səlləm) belə demişdir: "Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim borcunu qaytara bilməyən bir kimsənin işini asanlaşdırarsa, Allah da onun dünya və axirətdəki işlərini asanlaşdırar. Kim bir müsəlmanın eyblərini örtərsə, Allah da onun həm bu dünyada, həm də axirətdə eyblərini örtər. Kişi mömin qardaşına kömək etdiyi müddətdə, Allah da ona kömək edər. Kim elm öyrənmək üçün yola çıxarsa, Allah bununla onun Cənnətə gedən yolunu asanlaşdırar. Əgər bir toplum Allahın evlərindən hər hansı birində yığışıb Allahın Kitabını oxuyarsa və onu bir-birinə öyrədərsə, onların üzərinə sükunət nazil olar, rəhmət onları bürüyər, mələklər onları əhatə edər və Allah onları Öz yanında olanlar arasında yad edər. Kimin əməli onu geriyə çəkərsə, nəsəbi onu irəliyə apara bilməz".Muslim rəvayət etdi