AZ
Uca Allaha iman
Rübubiyyə tövhidi
2 hadiths
Rübubiyyə tövhidi
2
Üluhiyyə tövhidi
14
Ad və sifətlər tövhidi
24
2 hadiths
Abdullah bin Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) Allah qatında ən böyük günah hansıdır?” - deyə soruşduğumda: “Səni yaratmış olduğu halda Allaha şərik qoşmağındır” - deyə cavab verdi. Mən dedim: "Həqiqətən də bu böyük məsələdir. Sonra hansı?" - deyə soruşdum. O Dedi: "Övladının sənin yeməyinə şərik olub səninlə yeməsi qorxusuna (ruzi qorxusuna) görə onu öldürmək". Dedim: "Sonra hansı?". Dedi: "Qonşunun həyat yoldaşıyla cinsi yaxınlıq etmək".
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Malik bin Ənəsdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərdə yəhər üzərində arxasına aldığı yol yoldaşı Muaza üç dəfə: “Ey Muaz ibn Cəbəl” - deyə səslənir, Muaz da 3 dəfə: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm” - deyə cavab verir. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə deyir:“Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər". Bu zaman Muaz soruşur: "Ey Allahın Rəsulu, bu şad xəbəri insanlara çatdırımmı, sevinsinlər?". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Onda insanlar arxayınlaşarlar”. Yalnız ölümünə yaxın Muaz - elmi gizlətmək günahından - qurtulmaq üçün bu bilgini xəbər vermişdir.
Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)