Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət edilir:

Available in 65 languages
«İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahummə-ğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" - (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir).»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazda iki səcdə arasında müsəlmanın ən çox ehtiyacı olduğu bu beş duanı edərdi. Bu dualar dünya və axirət xeyrini, bağışlanma diləyini, günahların yad nəzərlərdən gizlədilməsini və onların əfvini, son dərəcə bol rəhməti, şübhələrdən, nəfsani istəklərdən, xəstəliklərdən, dərdlərdən salamat olmağı, Allahdan haqq üzərində hidayət diləyini və onun üzərində sabit olmağı, imandan, elmdən, saleh əməllərdən, təmiz halal qazancdan ruzi istəyini özündə birləşdirir.

Source
Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
Download image

Saved at original quality