Əqidə
Ənəsdən (Allah ondan razı olsun) belə rəvayət edilir:
Available in 55 languages
«Ənəsdən (Allah ondan razı olsun) belə rəvayət edilir: Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) qiyamət haqqında soruşdu və dedi: Qiyamət nə vaxt olacaq? O, dedi: “Onun üçün nə hazırlamısan?” O, dedi: “Heç bir şey, lakin mən Allahı və Onun Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) sevirəm. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Sən sevdiyin kəslə birlikdəsən”. Ənəs dedi: Biz, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) “Sən sevdiyin kəslə birlikdəsən” sözünə sevindiyimiz qədər heç bir şeyə sevinməmişdik. (Bunun ardınca) Ənəs dedi: Mən Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun), Əbu Bəkri və Öməri sevirəm, onların əməlləri kimi əməl etməsəm də, onlara olan sevgimdən dolayı onlarla birlikdə olacağıma ümid edirəm.»Meaning translation ·
Saved at original quality








