Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

Mədən ibn Əbi Talha Əl-Yəməridən belə söylədiyi rəvayət edilir:

Available in 59 languages
«Mədən ibn Əbi Talha Əl-Yəməridən belə söylədiyi rəvayət edilir: Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) xidmətçisi Səvbanla görüşdüm və dedim: "Mənə, edəcəyim elə bir əməl haqqında xəbər ver ki, Allah onunla məni Cənnətə daxil etsin?". Yaxud dedi: Dedim: "Mənə əməllərin Allaha ən sevimlisini xəbər ver". O, isə susdu. Sonra ondan yenə soruşdum və o, susdu. Sonra üçüncü dəfə ondan souşdum və dedi: Mən bu haqda Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdum, o, isə belə dedi: "Allaha çoxlu səcdə et, çünki Allah üçün etdiyin elə bir səcdə yoxdur ki, Allah ona görə sənin dərəcəni yüksəltməsin və günahını bağışlamasın”. Mədən dedi: Sonra Əbu Dərda ilə görüşdüm və ondan da bu haqda soruşdum, o, da mənə Səvbanın dediyinin eynisini dedi.»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Cənnətə girməyə səbəb olan və ya Allaha ən sevimli olan əməl haqqında soruşuldu. O, (Allahın salavatı və salamı onun üzərinə olsun) sual verənə dedi: Namaz qılmaqla çoxlu səcdə et, çünki Allaha etdiyin hər bir səcdəyə görə, Allah səni bir dərəcə yüksəldər və bir günahını bağışlayar.

Source
Muslim rəvayət etdi
Download image

Saved at original quality