Hadith for the World
Namaz

Namazın fəziləti

10 hadiths

10 hadiths

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: "Münafiqlərə ən ağır gələn namaz, işa və fəcr namazlarıdır. Əgər onlar bu iki namazda olan savabı bilsəydilər, sürünərək də olsa bu namazlara gələrdilər. Mən, namazın iqamə edilməsini, sonra da bir kişiyə camaata namaz qıldırmağı əmr etməyi daha sonra isə əllərində odun bağları olan kişilərlə birlikdə gedib, namaza gəlməyənlərin evlərini yandırmağı istədim".Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Əbu Hureyradan - Allah ondan razı olsun - rəvayət edildiyinə görə Allah Rəsulu - salləllahu aleyhi va səlləm - belə buyurmuşdur: "Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir".Muslim rəvayət etdi
Mədən ibn Əbi Talha Əl-Yəməridən belə söylədiyi rəvayət edilir: Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) xidmətçisi Səvbanla görüşdüm və dedim: "Mənə, edəcəyim elə bir əməl haqqında xəbər ver ki, Allah onunla məni Cənnətə daxil etsin?". Yaxud dedi: Dedim: "Mənə əməllərin Allaha ən sevimlisini xəbər ver". O, isə susdu. Sonra ondan yenə soruşdum və o, susdu. Sonra üçüncü dəfə ondan souşdum və dedi: Mən bu haqda Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdum, o, isə belə dedi: "Allaha çoxlu səcdə et, çünki Allah üçün etdiyin elə bir səcdə yoxdur ki, Allah ona görə sənin dərəcəni yüksəltməsin və günahını bağışlamasın”. Mədən dedi: Sonra Əbu Dərda ilə görüşdüm və ondan da bu haqda soruşdum, o, da mənə Səvbanın dediyinin eynisini dedi.Muslim rəvayət etdi
Əbu Hureyradan (Allah ondan razı olsun) Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdiyi rəvayət edilir: «Sizin birinizin qapısının önündə bir çay olsa və o, həmin çayda hər gün beş dəfə yuyunsa o kəsdə çirkdən bir şey qalarmı?». Səhabələr: "O kəsin üzərində çirkdən heç bir şey qalmaz" dedilər. Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: «Beş vaxt namaz da bunun kimidir, Allah onunla günahları silib yox edir».Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Cundub bin Abdullah əl-Qasridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Kim sübh namazını qılarsa, Allah onu himayəsi altına alar. Ona görə Allahın himayəsi altında olan kəsə əziyyət verməkdən çəkinin və özünüz də bu əhdi, himayəni pozmayın, kim bunu edərsə cəzaya uğrayar və cəhənnəmə üzü üstə atılar".Muslim rəvayət etdi
عَنِ أبي زُهير عُمَارَةَ بْنِ رُؤَيْبَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم: «لَنْ يَلِجَ النَّارَ أَحَدٌ صَلَّى قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا»رواه مسلم
Osmandan (Allah ondan razı olsun) rəvayət olunur ki, o, dedi: Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu eşitdim: "Elə bir müsəlman kişi yoxdur ki, fərz namazının vaxtına yetişib, gözəl şəkildə dəstəmaz alsın, namazda xuşunu və rukunu gözəl şəkildə yerinə yetirsin və böyük günah işləməsin ki, bu namaz özündən əvvəlki günahlara kəffarə olmasın. Və bu hər zaman belədir".Muslim rəvayət etdi
Əbu Malik Əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur: "Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur. Namaz nurdur, sədəqə burhandır (dəlildir), səbr isə işıqdır. Quran ya sənin leyhinə ya da əleyhinə dəlildir. Hər kəs sabahlayaraq öz nəfsini satar, kimisi (Allaha itaət etməklə Cəhənnəm əzabından) onu azad edər, kimisi isə (şeytana tabe olmaqla) onu həlak edər".Muslim rəvayət etdi
عن ربيعة بن كعب الأسلمي قال: كنتُ أبيتُ مع رسول الله صلى الله عليه وسلم فأتيتُه بوَضوئه وحاجته فقال لي: «سل» فقلت: أسألك مرافقتك في الجنة. قال: «أو غير ذلك؟» قلت: هو ذاك. قال: «فأعني على نفسك بكثرة السجود».رواه مسلم
عن عائشة عن النبي صلى الله عليه وسلم قال: «ما من ميت تصلي عليه أُمَّةٌ من المسلمين يبلغون مائة، كلهم يشفعون له، إلا شفعوا فيه».رواه مسلم