Hadith for the World
Namaz

Namazın vacib olması və onu tərk edənin hökmü

5 hadiths

5 hadiths

Amr bin Şueyb, atası vasitəsilə babasından rəvayət edərək dedi: Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: “Övladlarınıza yeddi yaşında ikən namaz qılmağı əmr edin, on yaşında ikən onları namaza görə (əgər qılmasalar) vurun və onların yataqlarını da ayırın”.Əbu Davud rəvayət etdi
Bureydə bin Əl-Huseybin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir: "Əsr namazını ilk çağında qılın, çünki Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Əsr namazını tərk edənin əməli batil olar".Əl-Buxari rəvayət etdi
Abdullah bin Ömər (Allah onların hər ikisindən razı olsun) Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu rəvayət edir: "İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Ənəs bin Məlik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir: "Kim bir namazı unudarsa onu xatırladığı zaman qılsın. Onun kəffarəsi ancaq budur". "Məni xatırlamaq üçün namaz qıl!" [Ta-Ha 20 surəsi, ayə 14].Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Cabirdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Kişi ilə şirk və küfür arasında namazı tərk etməsi vardır".Muslim rəvayət etdi