Hadith for the World
Tap the image to view it full size
Fiqh və onun üsulu

Əbu əl-Həvra əs-Sədi rəvayət edir ki, mən Həsən bin Əliyə (Allah onların hər ikisindən razı olsun) dedim: Sən Allahın Rəsulundan (sallallahu aleyhi və səlləm) nə əzbərləmisən? O, dedi: Mən Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) bunu əzbərləmişəm:

Available in 62 languages
«Əbu əl-Həvra əs-Sədi rəvayət edir ki, mən Həsən bin Əliyə (Allah onların hər ikisindən razı olsun) dedim: Sən Allahın Rəsulundan (sallallahu aleyhi və səlləm) nə əzbərləmisən? O, dedi: Mən Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) bunu əzbərləmişəm: "Səni şübhəyə salan şeyi, şübhəyə salmayan şeylə dəyiş. Çünki düzlük arxayınlıqdır, yalan isə şübhədir".»

Meaning translation ·

Explanation

The meaning in a few plain lines

Peyğəmbər (sallallahu aleyhi və səlləm) qadağan olub-olmamasında, haram və ya halal olub-olmamasında şəkk etdiyin söz və əməlləri, şəkk etmədiyin, yaxşı və caiz olduğuna əmin olduğun şeylərlə dəyişməyi əmr etmişdir. Çünki qəlb, yaxşı və caiz olanla arxayınlıq və rahatlıq tapır. Şübhə olan hər bir şey isə qəlbin narahat və təlaş içərisində olmasına səbəb olur.

Source
رواه الترمذي والنسائي وأحمد
Download image

Saved at original quality