Fiqh və onun üsulu
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
Available in 60 languages
«Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: Kişinin camaatla qıldığı namaz, evində və ya bazarda qıldığı namazdan iyirmi və bir neçə qat daha üstün olur. Bu ona görədir ki, bir kəs gözəl bir şəkildə dəstəmaz alaraq məscidə gedərsə və onu məscidə aparan yalnız namaz olarsa, namazdan başqa bir şeyi istəməzsə, məscidə girənə qədər atdığı hər adıma görə bir dərəcə yüksələr və atdığı hər adımla bir günahı silinər. Məscidə daxil olub namazı gözlədiyi müddətdə isə namazda sayılır. O, namaz qıldığı yerdə olduğu və heç kəsə əziyyət vermədiyi və dəstəmazını pozmadığı müddətdə, mələklər onun üçün dua edib deyərlər: "Allahım ona rəhm et, Allahım onu bağışla, Allahım onun tövbəsini qəbul et!"»Meaning translation ·
Saved at original quality








